
В
книге на материале произведений писателей-сатириков
20-30-х годов ХХ века – Дж.Мамедкулузаде, А.Ахвердиева,
Т.Шах--бази, Б.Талыблы, Гантемира, Мир Джалала,
С.Рахмана и др., впервые раскрываются речевые
средства и паралингвистические механизмы комического,
манеры эзоповского повествования, иносказания,
деформации, неожиданности, недоразумения, несоответствия
и другие языковые приемы разоблачения негативных
явлений, уродств и безобразий.

"Namərd qonşuların növbəti xəyanəti ilə
başlayan Qarabağ savaşı ilk günlərdən jurnalist
kimi məni də özünə qatdı. Xalqımıza qarşı aparılan
bu ədalətsiz müharibə haqqında yalnız məlumatları
dünyaya yaymaq, minlərlə insan taleyinin müşahidəçisi
olmaq məni qane etmədi. Ona görə ki, başına
gələn başmaqçı olar, deyiblər. Uzaq minilliklərin,
yaxın yüzilliklərin müxtəlif dönəmlərində tarixi
gerçəklikləri qədərincə kağıza köçürməmişik.
Zaman keçdikcə müharibənin yaraları sağalır,
üstündə göz yaşları tökülmüş qəbirlər, sərdabələr
uçub dağılır. Çox şey unudulur..."
Altı
fəsildən ibarət olan bu kitabda ulu dilin təşəkkülü
və protodillərə ayrılması, protodillərin dialekt
parçalanması əsasında dil ailələrinin yaranması,
şumer-türk varisliyi, e.ə.III-I minilliklərdə
protoazərbaycan dilinin inkişaf yolu - Azərbaycanda
etnik tərkib və dil məsələləri, ümumxalq Azərbaycan
dilinin (III-V əsrlər), sonrakı mərhələdə (VI-VIII
əsrlər) Azərbaycan şifahi ədəbi dilinin formalaşmasını
şərtləndirən amillər nəzərdən keçirilmiş, ilk
dəfə olaraq təşəkkül dövrünün ölməz abidəsi
olan “Dədə Qorqud”un dilinin sintaktik quruluşu
geniş tədqiq edilmişdir. Son fəsil Azərbaycan
yazılı ədəbi dilinin meydana çıxma tarixinə
həsr olunmuşdur.
Kitab ali məktəblərin müəllim
və tələbələri, gənc elmi işçilər, Azərbaycan
xalqının tarixi və dilinin mənşəyi ilə maraqlanan
oxucular üçün nəzərdə tutulmuşdur.