| 
A F T O B İ
O Q R A F İ Y A
Qəzənfər
Şirin oğlu Kazımov 3 martt 1937-ci ildə Azərbaycan
respublikası, Cəbrayıl rayonunun Soltanlı kəndində
anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım
oğlu məktəb direktorluğundan müharibəyə getmiş və
1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva
Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər)
kolxozda işləmişdir; 12 yanvar 2003-cü ildə vəfat
etmişdir..
Q.Ş.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini,
1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir.
İki il - 1960-1962-ci illərdə Soltanlı kənd orta
məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan
dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına
daxil olmuşdur. 1967-ci ildə namizədlik, 1988-ci
ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Namizədlik dissertasiyasının mövzusu: "Ə.Haqverdiyevin
dramaturgiya dili"; doktorluq dissertasiyasının
mövzusu: "Azərbaycan sovet satirik nəsrinin
dili.1920-1940-cı illər (komizmin dil vasitə və
üsulları problemi)".
Q.Ş.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971),
dosent (1972-1988), professor (1989-1998) vəzifələrində
işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin
filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət
Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini
(1990-1994), sonralar Ali Attestasiya Komissiyasında
ekspert şurasının üzvü (1996-1999) olmuşdur. 1979-cu
ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə
elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən Nəsimi
adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir;
2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası
şöbəsinin müdiridir. Böyük Britaniya və Şimali İrlandiya
Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya,
Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya
İnstitutunda qeydə alınmışdır. Ədəbi tənqidlə məşğuldur.
Respublika Yazıçıları Birliyinin və Respublika Jurnalistlər
Birliyinin üzvüdür.
Ailəlidir. İki övladı var.
Əsas əsərləri: "Azərbaycan dilindən təcrübi
məşğələlər" (1973), "Yazıçı və dil"
(1975), "Komik-bədii vasitələr" (1983),
"Bədii ədəbiyyatda komizm üsulları" (1987),
"Qurbani" (1990), "Qurbani və poetikası",
(1996), "Sənət düşüncələri" (1997), "Dilimiz-tariximiz"
(1998), "Müasir Azərbaycan dili.Sintaksis"
(2000), «Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən
XIII əsrə qədər)» və s. Ali və orta məktəblərin
"Azərbaycan dili" dərsliklərinin ("Azərbaycan
dili",7-8-ci siniflər üçün dərslik, 1983=cü
ildən; "Azərbaycan dili", rus məktəbinin
2-3-cü sinifləri üçün dərslik, 1977-ci ildən; «Azərbaycan
dili» - 8-9-cu siniflər üçün – 2003-cü ildən ; "Müasir
Azərbaycan dili.Sintaksis", ali məktəblər üçün
dərslik, 2000) müəllifidir. Mərkəzi mətbuatda 200-dən
artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuşdur.
Əsas yaradıcılıq tstiqamətləri:
-Azərbaycan dili
tarixi;
-müasir Azərbaycan
dilinin quruluşu;
-bədii əsərlərin
dili;
-komizm (satira
və yumor) nəzəriyyəsi;
-üslub və üslubiyyat
məsələləri;
-ədəbiyyatşünaslıq
məsələləri;
-etimologiya;
-metodika. dilin
tədrisi
Q.Ş.KAZIMOV
24.01.2002
KİTABLAR:
- Dilimiz-tariximiz.-Bakı,1998.
- Azərbaycan dili.-7-8-ci siniflər üçün dərslik,
1998, 1999, 2001,2002. (prof.Y.Seyidovla)
- Azərbaycaqn dili.-8-9-cu siniflər üçün dərslik,
«Təhsil» nəşriyyatı,2003 (dos.F.Şahbazlı ilə)
- Müasir Azərbaycan dili.Sintaksis. -Ali məktəblər
üçün dərslik, Bakı,"Ünsiyyət",2000, 496
s.
- Azərbaycan dili.-rus məktəbinin 3-cü sinfi üçün
dərslik, Bakı,2003
- Azərbaycan dilinin tarixi.Ən qədim dövrlərdən
XIII əsrə qədər.-Bakı, Təhsil» nəşriyyatı,20003.
MƏQALƏLƏR:
1998
- Xalq sevgisi ilə (Anarın 60 illiyi).-«Zaman»
qəzeti,26 fevral 1998, 43/944.
- Fizika ilə lirikanın vəhdəti.-V.Əliyevin «Çırağımı
sevənlərə» (Bakı, Kür,1998) kitabına ön söz,s.3-11;
«Şərqin səsi» qəz.,iyul 1998.15.
- Bir neçə söz.V.Əliyevin «Od.Ocaq.Məşşəl.Şam»
kitabına.Bakı,1998.
- Xalq poeziyasında daşlaşan tariximiz. H.Mirzəyevin
"Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz"
əsərinə (Bakı,1997) ön söz; s.3-5.
- Mətn dilçiliyi problemləri. Ə.Abdullayevin "Aktual
üzvlnmə və mətn" əsərinə (Bakı,1998) ön söz,
s.5-21.
- Tariximizə, dilimizə məhəbbətlə. M.Nuriyevanın
"Tariximizin söz yaddaşı" əsərinə (Bakı,1998)
ön söz; s.3-5.
- Arxalı köpək qurd basar."Olaylar",
noyabr 1998,nömrə: 77,78,79,90.
- Ədəbi dilimizin sintaksisinə yeni baxış.-"İki
sahil", 18 dekabr 1998.
- Vətəndə vətənsiz olmuşuq.- «Sərbəst düşüncə» qəz.
12-22 noyabr 1998, 19/78.
1999
- Xəzan yarpaqları. -"Ədəbiyyat qəzeti",
22 dekabr 1999.
- Özü nisgilli, taleyi xoşbəxt şair (Əli Tudə –
70).- "Cümə" -"Xalq qəzeti"nin
əlavəsi, 29 yanvar- 4 fevral 1999.
- Dəliliyin xeyiri."İki sahil",2 fevral
1999. 19/2263.
- Dünyamızın dərdləri.-Y.Nəsirlinin hekayə və povestləri
haqqında).-«İki sahil», 3 mart 1999, 40.
- Mə'nəvi xəzinəmizin yorulmaz toplayıcı və tədqiqatçısı."Düşüncə"
xüsusi buraxılış,may 1999.
- Yetmişə bir qalanda.-"İki sahil", 8
iyul 1999.
- Müasir Axısna türkləri dilinin tədqiqi.- İ.Kazımovun
"Axısqa türklərinin dili" əsərinə (Bakı,1999)
ön söz.
- İllər onü özü ilə gələcəyə aparır (Ə.Dəmirçizadə
– 90).-"Ulus" qəzeti,28-31 avqusi1999.
2000
- 50 ilin işığında.-"İki sahil",2 fevral
2000
- Elin şair oğlu."Oğuz eli" qəzeti, xüsusi
buraxılış,yanvar 2000
- Xalq naminə, haqq, ədalət naminə.-"Günay",19-25
fevral 2000
- Kövrək duyğular.Y.Nəsirlinin "Əgər ki yıxılsam,
çinar göstərin" kitabında,s.3-32 (Bakı,2000)
- Reyhan ətirli şe'rlər.Y.Nəsirlinin göstərilən
kitabında, s.295-306.
- "Kitabi-Dədə Qorqud" və Azərbaycan
dilinin inkişaf mərhələləri.-"Kitabi-Dədə Qorqud"
- 1300,Bakı,"Ünsiyyət",2000,s.25-55.
- Fəlsəfi düşüncənin, şərq fəlsəfəsinin poetik
ifadə vasitələri.-"Sərbəst düşüncə",5-15
fevral 2000
- -sa,-sə şəkilçisi, onun praforma və derivatlarının,
qrammatiik və üslubi xüsusiyyətlərinin tədqiqi.-G.Abdullayevanın
"Azərbaycan dilində -sa,-sə şəkilçisi, onun
qrammatik və üslubi xüsusiyyətləri" (Bakı,2000)
əsərinə ön söz.s3-13
- Psixolinqvistik tədqiqat (İ.Kazımovla),-"Şərqin
səsi",may 2000. "Tədqiqlər" -2.Bakı,2000
- Ali və orta ümumtəhsil məktəblərinin Azərbaycan
dili və ədəbiyyat proqramları haqqında.-"Azərbaycan
məktəbi",2000,nömrə 5.s.105-111.
- İsmi birləşmələr və onların tərəfləri arasında
sintaktik əlaqələr.-"Dilsçilik məcmuəsi",Elm,2000,s.45-65.
- Əziz dost, unudulmaz yoldaş. "Türk bilimi
araştıraları", 9 sayı, Sivas,2000,s.27-29
- Yunus Emre vk Qurbani.- "Türk bilimi araştıraları",
9 sayı, Sivas,2000,s.51-56.
- 2001
- Yunus Emre ve Qurbani. Türk bilimi araştırmaları.-9
sayı, Sivas, 2000,s.51-56.
- Dünya dillərinin qohumluğu (monogenez) problemi.-Elmi-praktik
konfransın materialları, "Ünsiyyət",2001,s.223-255.
- Dostluq və sənət duyğuları."Ədəbiyyat qəzeti",12
yanvar 2001
- Həssas qəlbin kövrək duyğuları.Z.Məmmədqızının
"Gözlərini görym sənin" (2001) kitabına
ön söz.
- Şairin poeziya dili (R.Rza-90). «İki sahil»,
2 mart 2001. 43/2795;"Ünsiyyət" qəzeti,
aprel 2001(xüsusi buraxılış)
- İki bölünməkdən elə qorxmuşam. V.Arzumanlının
"75 ilin pillələri" (2001) kitabında,s.172-176
- Azərbaycan tarixi - 1.-"Təzadlar" qəzeti,
iyul-avqust 2001, nömrə 23,24,25,26,27,28,28,30.
- Poeziyanın şirin dili haqqında .-"İki sahil",2
oktyabr 2001.
- Həmişəyaşar sənət və sənətkar.-(İ.Əfəndiyevin
vəfatının 5 ili) "Azərbaycan müəllimi",
4 oktyabr 2001
- Mirzə İbrahimov və dilimiz.-İki sahil",
5 dekabr 2001
2002
- Ulu dilin yaranması və protodtillərə parçalanması.-İki
sahil", 15 yanvar 2002
- Qədim Azərbaycan dili dövrü.-"İki sahil",
2 fevral 2002, 5 fevral 3002, 6 fevral 2002,
- İnsan təbiəti və dilçilik.- Tədqiqlər - 1,AMEA
nəşri, 2002.
- Nüvədi yanğısı və ya toponimlərin yeni ömrü.-İki
sahil", 16 mart 2002
- Eolxoz rəhbəri.Əlisahib Əroğulun «Torpaq ətirli
insan» (Bakı,2002) kitabına ön söz,s.56-64.
- Dilimizin bu günü.-İki sahil",13 iyul 2002
- Mətnin qurulma texnikası və semantik strukturu.
N.Novruzovaanın "Mətn sintaksisi" (200)
əsərinə ön söz
- Mətn sintaksisi məsələləri. -"Türkologiya"
jurnalı,2002,
2003
1. «Tiqana» (2003) kitabına rəy.
2. Kəlbəlayı İsmayıl ağırlığı və ya Fərman Kərimzadəni
xatırlarkən. –«Vedibasar» qəzeti N2 18 mart 2003.
3. The first human language and ist derivations
– Azerbaijan – Azerbaydjan qazerbaydjansı, «Nurlan»
nəşriyyatı N1-2, 2003, s. 56-59.
4. Dilimizin bu günü.-Xudafərin qəzeti 28 dekabr
2002. N 14.
5. Nüvədi yanğısı və ya toponimlərin yeni ömrü.
– Əmdəməli Əliyevin «Azərbaycan dilinin meğri şivələri»
(Bakı, Elm, 2003) əsərinə ön söz. S. 35-50.
6. Ədəbi dilimizin təşəkkül yolu. «Paritet» qəzeti
14 16 iyun 2003, N, 65 – 516.
Kitablarım:
1.Əzık dramaturqii A.Axverdieva.-AKD,1965,35 s.
2.Azərbaycan dilindən təcrübi məşğələlər.-Bakı,
APİ nəşri, 1973,297 s.(kollektiv)
3.Yazıçı və dil.-APİ nəşri,1975,228 s.
4.Komik-bədii vasitələr.-Bakı,Yazıçı,1983,188
s.
5.Qurbani.-Bakı,Yazıçı,1984,47 s.(rus dilində)
6.Əzık azerbaydjanskoy sovetskoy satiriçeskoy
prozı.1920-1940 qq.(problema əzıkovıx sredstv i
priemov komiçeskoqo),-ADD, Baku,1987,62 s.
7.Bədii ədəbiyyatda komizm üsulları.-Bakı, "Maarif",1987,228
s.
8.Azərbaycan yazıçılarının əsərlərindən səhifələr
(F.Həsənovla).-Bakı,"Maarif",1988,77 s.
9.Qurbani (Toplayanı, tərtib edəni, ön sözün müəllifi
Q.Kazımov).-Bakı Universiteti Nəşriyyatı,1990,278
s.
10.Qurbani və poetikası.-Bakı, ADPU nəşri,1996,198
s.(monoqrafiya)
11.Sənət düşüncələri.-Bakı, Dövlət Kitab Palatası,1997,576
s.
12.Dilimiz-tariximiz.-Bakı,Elm,1998,280 s.
13.Müasir Azərbaycan dili.Sintaksis.Ali məktəblər
üçün dərslik.Bakı,"Ünsiyyət",2000,496
s.
14. Azərbaycan dilinin tarixi.Ən qədim dövrlərdən
XIII əsrə qədər.-Bakı, Təhsil» nəşriyyatı,2003.
Orta məktəb dərsliklərim:
1.Azərbaycan dili.-Rus məktəbinin 2-ci sinfi üçün
(M.Səfərovla),1977-1995-ci il nəşrləri.
2.Azərbaycan dili.Rus məktəbinin 3-cü sinfi üçün,1996-cı
il və sonrakı nəşrlər.
3.Azərbaycan dili.Azərbaycan məktəbinin 7-8-ci sinifləri
üçün (M.Şirəliyev və M.Hüseynzadə ilə),1983-1993-cü
il nəşrləri.
4.Türk dili (Y.Seyidovla birlikdə).-7-8-ci siniflər
üçün, 1994.
5.Azərbaycan dili (Y.Seyidovla).-7-8-ci siniflər
üçün, 1995 -2002-ci il nəşrləri.
- Azərbaycan dili.-rus məktəbinin 3-cü sinfi üçün
dərslik, Bakı,2003
- Azərbaycaqn dili.-8-9-cu siniflər üçün dərslik,
«Təhsil» nəşriyyatı,2003 (dos.F.Şahbazlı ilə)
- 200-yə qədər elmi və elmi-publisistik məqalənin,
ali və orta məktəblər üçün 8 proqramın müəllifiyəm.
Özüm və kitablarım haqqında 80-dən artıq müsbət
rəy çap olunmuşdur.
- 40-dan artıq kitabın elmi redaktoru, onlarca
elmlər doktoru və namizədinin opponenti olmuşam.
5 nəfər aspirant və dissertantım müdafiə edib, bir
neçəsinin işi hazırdır.
- Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral
cəmiyyətinin üzvüyəm (1998), Kembric (İngiltərə)
və ABŞ Bioqrafiya İnstitutlarında qeydə alınmışam.(1998)
- 1965-ci ildən ali məktəbdə müəllim, dosent, professor
(1989) vəzifələrində işləmişəm. 1988-ci ildə doktorluq
dissertasiyası müdafiə etmişəm. 1989-1997-ci illərdə
APİ-nin filologiya fakültəsinin dekanı olmuşam.
Həmin dövrdə müdafiə şurasının sədr müavini olmuşam.
1975-ci ildən Təhsil Nazirliyi nəzdində elmi-metodiki
şuranın üzvüyəm. !997-1999-cu illərdə AAK-da ekspert
komissiyasının üzvü olmuşam.
- 1999-cu ilin aprelindən Nəsimi adına Dilçilik
institutunda aparıcı elmi işçi vəzifəsində işləmişəm.2001-ci
ildən həmin institutda Azərbaycan dialektologiyası
şöbəsinin müdiriyəm.
Q.Ş.KAZIMOV
27.01.2003
|