NIZAMI VƏ TARIXIMIZ
Elməddin Əlibəyzadə
Müəllif
bu kitabda Nizami yaradıcılığına yeni, günün, elmin
son nailiyyətləri baxımından yanaşır və Azərbaycan
tarixinin açılmamış səhifələrinə diqqət yetirir.
Bu sahədə indiyədək söylənilən səhv və qərəzli fikirləri
tənqid və təkzib edir. Bu məqsədlə də "Nizamini
yetirən xəlqi-milli zəmin", "Nizami ideyalarının
ilkin qaynaqları", "Nizami və Zərdüştlük",
"Azərbaycan-türk folklorunda Makedoniyalı İskəndərlə
bağlı rəvayətlər və onların real həyat zəmini",
"Nizami və Şərq-Qərb problemi" və s. kimi
məsələlər qaldırılır, ön plana çəkilir, tarixi faktlar-dəlillər
əsasında söz deyilir, fikir söylənilir. Habelə kitabın
sonunda, nəticə olaraq Nizami yaradıcılığı işığı
altında soy kökümüz-izimiz, sözümüz məzmununda tarixə
nəzər yetirilir.
Kitab elmi-kütləvi üslubda yazılıb; geniş oxucu
kütləsi nəzərdə tutulur.
Elmi redaktor: XALİD ƏLİMİRZƏYEV
filalogiya elmləri doktoru, professor
Rəyçilər: M.QƏMBƏRLİ filologiya
elmləri doktoru; Ç.SASANİ filologiya elmləri namizədi